Yaponiyalı hakimi Yuci İvasava BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sədri seçilib.
Bu haqda Məhkəmənin mətbuat xidməti məlumat yayıb.
O bu vəzifəyə həmkarları tərəfindən yanvarın 14-də Livanın Baş naziri vəzifəsini icra etmək üçün vəzifəsini tərk edən Navaf Salamın istefasından sonra seçilib.
Xatırladaq ki, N. Salamın sədrlik müddəti 2027-ci il fevralın 5-də başa çatmalı idi. Qeyd edək ki, Y. İvasava 22 iyun 2018-ci ildən məhkəmənin üzvüdür. Əvvəllər o, Tokio Universitetində beynəlxalq hüquq professoru vəzifəsində çalışıb və BMT-nin İnsan Hüquqları Komitəsinin sədri olub.