7 C
Baku
Tuesday, March 4, 2025

Çin, Kanada və Meksika ABŞ-nin tariflərinə cavab verib

Çin, Kanada və Meksika ABŞ-nin 4 mart çərşənbə axşamı günü qüvvəyə minən tariflərinə cavab verib. Xatırladaq ki, ABŞ Meksika və Kanadadan gələn mallara 25%, Çin mallarına isə 20% tarif tətbiq edib.

“South China Morning Post” xəbər verir ki, Çin ABŞ-dən gələn mallara 10-15% əlavə rüsum tətbiq edib. Bundan əlavə, Çin 15 Amerika şirkətini əhatə edən ixraca nəzarət siyahısını genişləndirdiyini açıqlayıb.

Kanadanın Baş naziri Castin Trüdo Ottavanın Amerika mallarına cavab olaraq 25% tariflər tətbiq edəcəyini bildirib. Meksika prezidenti Klaudiya Şeynbaum bazar ertəsi, martın 3-də keçirdiyi mətbuat konfransında administrasiyanın ABŞ-nin tariflərinə cavab vermək planının olduğunu bildirib. Xanım Şeynbaum təfərrüatları açıqlamayıb.

Son xəbərlər
Digər xəbərlər