Tayvanın TSMC şirkəti ABŞ-də çip istehsalına əlavə 100 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Beləliklə, Tayvan istehsalçısının Amerika ərazisində fabriklərin tikintisinə ümumi investisiyası 165 milyard dollara çatacaq.
TSMC-nin yeni sərmayəsi şirkətin baş direktoru Si Si Veyin prezident Donald Trampla görüşündən sonra açıqlanıb. Tayvanlı istehsalçı hələ 2020-ci ildə, cənab Trampın ilk dövründə ABŞ-də fabriklərin tikintisinə 65 milyard dollar sərmayə qoyacağını vəd edib.
TSMC – süni intellekt sistemlərini gücləndirmək üçün istifadə edilən qabaqcıl yarımkeçiricilərin istehsalında qlobal liderdir, eyni zamanda Nvidia və Apple şirkətlərinin əsas tərəfdaşıdır.
Yuxarıda qeyd olunan 165 milyard dollar daha iki fabrikin tikintisinə yönəldiləcək.