10 C
Baku
Thursday, March 6, 2025

Azərbaycanda konserv zavoduna əlavə qoyulub

“Qəbələ Konserv Zavodu” MMC-nin nizamnamə kapitalı artırılaraq 65.88 milyon manata çatdırılıb.

Banker.az xəbər verir ki, konserv zavodunun kapitalı 2.1.% və ya 1.35 mln. manat artırılmış olub.

Şirkətin iki il öncə 72 milyon manatlıq nizamnamə kapitalı vardı və sonradan azaldılmışdı.

“Qəbələ Konserv Zavodu” MMC “Mars Overseas Baku LTD” MMC-nindir. Şirkət ötən ilə qədər “Gilan Qəbələ Konserv Zavodu” MMC kimi dövlət qeydiyyatına alınıb. Son illərdə bir çox şirkət “Gilan” brendindən ayrılıb və ya adından bu brendi götürüb. Eyni dəyişiklik “Gilan Lənkəran Konserv Zavodu” MMC-də baş verib və şirkət “Lənkəran Konserv Zavodu” kimi yeni adla fəaliyətini davam etdirib.

“Mars Overseas Baku LTD” MMC “Qəbələ Konserv Zavodu” ilə bərabər “Lənkəran Konserv Zavodu” və “Quba Konserv Zavodu”na sahibdir.

Burada “PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “Zolotoy Sad”, “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.

Qəbələ Konserv Zavodu – 13 hektar ərazidə yerləşən Padovan (İtaliya) və Tetra Pak (İsveç) kimi Avropa texnoloogiyaları ilə təchiz edilən zavoddur və illik meyvə emalı gücü 300 000 ton təşkil edir. Müəssisənin illik meyvə şirəsi və nektar istehsalı gücü 210 000 tona bərabərdir.

 

Son xəbərlər
Digər xəbərlər