8 C
Baku
Thursday, March 6, 2025

Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Martın 8-də, saat 10:00-dan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında bildirilib.

Məlumata görə, buna səbəb yolötürücüdə və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləridir. Məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”,- deyə məlumatda qeyd olunub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər