İlon Maskın sərvəti “Tesla” səhmlərinin ucuzlaşması ilə əlaqədar 2024-cü ilin dekabrından bəri təxminən 111 milyard dollar azalıb, bu barədə “Forbes” jurnalı yazıb.
Bu, Trampın Kanada və Meksikaya yeni tariflər tətbiq etməsi və Çindən gələn mallara rüsumları artırması ilə bağlıdır. “Forbes”in qeyd etdiyi kimi, Maskın şirkəti ABŞ-nin tarifləri səbəbindən böyük itkilərə məruz qalacaq, çünki Çin “Tesla” elektrik avtomobilləri üçün ikinci ən böyük bazardır.
Martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan idxal edilən demək olar ki, bütün məhsullara 25% rüsum tətbiq edib, həmçinin Çindən gələn mallara rüsumları 10%-dən 20%-ə qaldırıb.