Britaniya hökuməti bir sıra Suriya banklarına, o cümlədən ölkənin mərkəzi bankına və Suriyaya aid neft şirkətlərinə qarşı sanksiyaları ləğv edib.
Bu barədə müvafiq sənəd Birləşmiş Krallığın Maliyyə Nazirliyinin saytında dərc olunub.
Məlumata görə, qara siyahıdan Al Furat, Deir Ez-Zur, Dula, Ebla, General Petroleum Corporation, Mahrukat, Overseas Petroleum Trading, Syria Trading Oil Company (Sytrol), Syrian Company for Oil Transport, Syrian Petroleum Company, həmçinin The Homs Refinery Company və The Baniyas Refinery Company neft şirkətləri çıxarılıb.
Eyni zamanda “Syrian Arab Airlines” aviaşirkətinə qarşı, həmçinin səkkiz bankla, o cümlədən Sənaye bankı və Kommersiya bankına qarşı sanksiyalar ləğv edilib.