21 C
Baku
Saturday, September 28, 2024

Yaponiyada sürətlə dolan batareya icad olundu

Yaponiyanın “Kaneka” korporasiyanda çalışan mütəxəssislər qrupu Ayti Texniki Universitetinin mütəxəssisləri ilə birgə yüksək texnologiyalı litium-ion batareyasını yaradıblar. 

Məlumatına görə, bu enerji daşıyıcısı onunla fərqlənir ki, bu gün mövcud olan batareyalardan olduqca tez dolur.

İxtiranın müəllifləri bildirib ki, onların yaratdıqları qurğu bütün analoqlarından 100 dəfə tez dolur. Bu avadanlıq elektrik enerjisi ilə çalışan avtonəqliyyat vasitələri üçün aktual olacaq. Yəni yeni batareya indiki dövrdə günü-gündən daha böyük populyarlıq qazanan elektrokarlar və hibridləri üçün əla vasitə olacaq.

Yaponiyalı mütəxəssislər dəqiqləşdirir ki, batareyanın enerji yığmaq sürəti bir çox faktorlardan asılı olacaq. Bura doldurucu qurğunun, avtokarın və s.-in həcmləri də daxildir. Mobil cihazlarda isə yeni batareya adi akkumulyatordan ən azı 10 dəfədən çox tez dolur. Bu isə o deməkdir ki, smartfon tam olaraq cəmi 10 dəqiqəyə doldurula bilir.

Yaponiyalı ixtiraçılar deyib ki, olduqca sürətlə doldurulan yeni batareyanın tərtibatı üzərində çalışarkən yeni nano-texnologiyalardan, daha dəqiq desək, nanoborulardan istifadə olunub. Bu akkumulyator hətta 5 min dəfə doldurulandan sonra doymur və onun doldurulma sürəti zaman-zaman belə düşmür.

İxtiranın müəllifləri qeyd edib ki, yaxın 5 il ərzində bu batareyaların kütləvi istehsalına başlanmaq niyyətindədirlər.

lent.az

Son xəbərlər

Auto Draft

Digər xəbərlər