7 C
Baku
Monday, March 10, 2025

“Bloomberg”: Trampın müşavirləri Rusiyaya qarşı sanksiyaların yumşaldılması üzərində işləyirlər

“Bloomberg” müzakirələrlə tanış olan mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın müşavirləri Rusiyaya qarşı sanksiyaların yumşaldılması, o cümlədən neftin qiymətinin məhdudlaşdırılması qərarının ləğvi üzərində işləməyə başlayıblar.

“Reuters”in bildirdiyi kimi, ABŞ hökuməti Ağ Evin göstərişi ilə Moskvanın Ukraynadakı münaqişəni tez bir zamanda dayandırmağa razılaşacağı təqdirdə Rusiyanın enerji sektoruna qarşı sanksiyaları yumşaltmağın yollarını araşdırır. Agentlik qeyd edir ki, bu yanaşma sülh sazişi bağlanacağı təqdirdə Vaşinqtona sanksiyaları tez bir zamanda aradan qaldırmağa imkan verəcək.

Martın 7-də Tramp özünün “Truth Social” sosial media platformasında yazıb ki, Rusiya Ukraynanı döyüş meydanında “döyür” və atəşkəs və yekun sülh razılaşması əldə olunana qədər Rusiyaya bank sanksiyaları və tariflər tətbiq etməyi nəzərdən keçirəcək.

Eyni mesajda Tramp münaqişə tərəflərini “çox gec olmadan” danışıqlar masasına oturmağa çağırıb.

Son xəbərlər
Digər xəbərlər