7 C
Baku
Wednesday, March 12, 2025

Aİ Ukraynanın atəşkəs təklifini dəstəkləyib

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı ABŞ və Ukrayna arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların nəticələrini alqışlayır. AK rəhbəri Kiyev tərəfindən qəbul edilən 30 günlük atəşkəs təklifini dəstəkləyib. O, həmçinin bildirib ki, Aİ Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarının mübadiləsini və silah tədarükünü bərpa etmək qərarının tərəfdarıdır.

AK rəhbəri ABŞ dövlət katibi Marko Rubionun “sülh məsələsində top Rusiya tərəfindədir” ifadəsini təkrarlayıb, eyni zamanda əlavə edib ki, Aİ tərəfdaşlarla birlikdə öz öhdəliklərini tam şəkildə yerinə yetirməyə hazırdır.

Xatırladaq ki, dünən Ciddədə Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü baş tutub. Nəticədə Kiyev 30 günlük atəşkəsə razılaşıb. ABŞ prezidenti Donald Tramp Rusiya və Amerika nümayəndə heyətləri arasında görüşün “bu gün və ya sabah” baş tutacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər