7 C
Baku
Wednesday, March 12, 2025

Qarabağ və Şərqi Zəngəzurda icra olunan 22 layihə zəmanət və subsidiya mexanizmi ilə əhatə olunub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarların zəmanət və subsidiya mexanizmi üzrə müraciət etdiyi layihələrin sayı 22-yə çatıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Eldar Həmidov Bakıda keçirilən “1-ci Milli Maliyyə Əlçatanlığı Forumu”nda bildirib.

“Həmin layihələr üzrə təsdiq edilmiş kommersiya kreditlərinin ümumi məbləği 32,3 milyon manatdır. Fondun mexanizmi əsasında maliyyələşdirilən layihələr xidmət, turizm və kənd təsərrüfatı sektorlarını əhatə edir, Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda həyata keçirilib. Fond olaraq bizim əsas məqsədimiz biznesini genişləndirmək istəyən sahibkarlara dəstək olmaqdır. Bütün iş adamlarını dövlətin zəmanət və subsidiya mexanizmindən faydalanaraq, bizneslərini böyütməyə və iqtisadiyyatımıza töhfə verməyə dəvət edirik”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər