7 C
Baku
Wednesday, March 12, 2025

Ötən il “Porsche”nin mənfəəti 30% azalıb

Dünyanın bahalı avtomobil markalarından olan “Porsche”nin mənfəəti ötən il kəskin şəkildə azalıb.

Mərkəzi ofisi “Ştutqart”da yerləşən avtomobil istehsalçısı illik mənfəətinin 30 faiz azalaraq 3,6 milyard avroya düşdüyünü açıqlayıb. Müqayisə üçün, şirkət 2023-cü ildə 5,2 milyard avro mənfəət əldə edib.

Şirkət bu geriləməni artan xərclər və Çin bazarındakı satışların əhəmiyyətli şəkildə azalması ilə əlaqələndirib. Ötən il avtomobil satışları 3 faiz azalaraq 310 min 700-ə düşüb. Azalma Çin bazarında 28 faiz təşkil edib.

Fevral ayında şirkət rəhbərliyində bir sıra dəyişikliklər olunduğu və iki əsas rəhbər şəxsin vəzifədən uzaqlaşdırıldığı açıqlanıb. Bundan əlavə, “Porsche” daxiliyanma mühərrikləri və “plug-in” hibridlərə yenidən daha çox sərmayə yatırmaq qərarına gəlib. “Porsche” rəhbərliyi 2029-cu ilə qədər 1900 iş yerini ixtisar edəcək. Şirkət 2025-ci ildə yeni modellər və qənaət proqramı ilə geriləmənin qarşısını almaq üçün 800 milyon avro sərmayə yatıracaq.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər