Rusiya tərəfi 30 günlük atəşkəs haqqında sazişin qəbulu üçün bir sıra şərtlər irəli sürə bilər, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Agentliyin mənbəsi bildirib ki, mümkün razılaşmada Rusiyanın döyüş meydanındakı uğurları və “Moskvanın narahatlığı” nəzərə alınmalıdır.
Amerika və Ukrayna nümayəndə heyətləri arasında martın 11-də Səudiyyə Ərəbistanında baş tutan danışıqlardan sonra tərəflər birgə bəyanat yayıblar ki, Ukrayna tərəfi qarşılıqlı razılaşma yolu ilə uzadılması imkanı olan 30 günlük atəşkəsə razılaşıb. Vaşinqton bu təklifi Moskvaya çatdırmağı öhdəsinə götürüb.
Martın 12-də keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov zərurət yaranarsa, ABŞ-la ən yüksək səviyyədə təmasların mümkünlüyünü istisna etməyib, lakin onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və Putin arasında danışıqlar üçün Amerika tərəfindən heç bir müraciət olmayıb.