7 C
Baku
Wednesday, March 12, 2025

Azərbaycan fevralda “OPEC+” kvotasından gündəlik 75 min barel geri qalıb

Fevral ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 476 min barel təşkil edib.

Bu barədə OPEC-in aylıq hesabatında bildirilib.

Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı yanvar ayı ilə müqayisədə 9 min barel və ya 1,9 % çoxdur.

Hesabata əsasən, “OPEC+” razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, fevralda faktiki hasilat 75 min barel geriləyib.

2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 482 min barel olub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər