“Atəşgah”ların rəhbərliyində dəyişiklər davam edir.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə “Atəşgah” Sığorta Şirkəti ASC-nin Tahir Kazımov İslam oğlu sədrlikdən çıxarılıb. Onun yerinə Elçin Əhmədov Rəşid oğlu təyin edilib.
Oxşar yazı:
Hazırda bu təyinatdan sonra “Atəşgah Sığorta”da İdarə Heyətinin evləri bunlardır:
- Orxan Rzayev Faid oğlu
- Yusif İmamverdiyev Rafiq oğlu
- Sadıq Mansurov Nəsib oğlu
- Ayla Mustafayeva Elman qızı
- Xumar İmamverdiyeva Emil qızı
- Xaqani Baxşəliyev Firdusi oğlu
Bu təyinatdan sonra Elçin Əhmədov “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının üzvü vəzifəsindən çıxıb. “Atəşgah Həyat”ın Direktorlar Şurası rəsmi olaraq heç bir üzvlə təmsil edilmir.
Xatırladaq ki, “Atəşgah Həyat Sığorta” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 mln. manatdır. Şirkətin səhmləri 100% “Ran-Exim” MMC-yə məxsusdur.