14.4 C
Baku
Friday, March 14, 2025

Prezident: Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi

Antoni Blinkenin siyasəti, əslində, ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi.

Bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

“Biz onilliklərlə həmin münasibətləri qururduq. Biz ABŞ-la etibarlı, yaxın tərəfdaş idik və onlar bizimlə idi, biz onlara lazım olanda, biz onlarla idik. İraqa gəldikdə biz, bəli, Əfqanıstana gəldikdə, bəli. Biz qeyri-NATO ölkəsi olaraq 2001-ci ildə Əfqanıstandakı əməliyyatlara qoşulduq və biz sonuncu (oranı – red.) tərk edən tərəf olduq”, – deyən dövlət başçısı vurğulayıb ki, lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər və bu, Azərbaycanda böyük məyusluq yaratdı.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər