Azərbaycanda lisenziyalı fəaliyyətdə olan “M.A.X Sistemləri Plyus” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.
Banker.az xəbər verir ki, şirkətin kapitalı 50 000 manat və ya 9.8 faiz artımla 559 400 manata qaldırılıb.
Xatırladaq ki, 2005-ci ildə yaradılan bu fintex hazırda bazarda “MAX Systems”, “Paynet”, “E-Xəzinə” kimi brendlərlə çıxış edir. “M.A.X Sistemləri Plyus” 2024-cü ilin sentyabrından Azərbaycan Mərkəzi Bankından lisenziya əldə edib. Şirkətin kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası və ödəniş əməliyyatının ekvayrinqi kimi əməliyyat aparmaq icazəsi var.