12 C
Baku
Friday, March 14, 2025

Azərbaycanın maliyyə sisteminin aktivləri 69 mlrd. manata yaxınlaşıb

2024-cü ilin sonuna Azərbaycanın maliyyə sisteminin aktivləri 68,6 mlrd. manat təşkil edib.

Kredit təşkilatları ümumi maliyyə sektorunun aktivlərinin 96,8%-nə (66,3 mlrd. manat) sahib olub.

Bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə sektorunun cəmi aktivlərində payının yüksək olması (19,5%) “Azərbaycan Beynəlxalq Bankı ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-yə ötürülməsi ilə bağlıdır(toksik aktivlər nəzərə alınmadan “Aqrarkredit QSC”nin cəmi maliyyə sektorunda payı 1,6% təşkil edir). Sığorta sektoru və investisiya şirkətlərinin (idarəetmədə olan aktivlər istisna olmaqla) ümumi maliyyə sistemi aktivlərində payları müvafiq olaraq 3% və 0,2% təşkil edib.

Qeyd edək ki, maliyyə sektorunun cəmi aktivləri “Aqrarkredit QSC”nin aktivləri istinsa olmaqla 51.9 mlrd. manat təşkil edib. Bunun da 94.8%-i (49.2 mlrd. manat) bank sektorunun payına düşüb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər