“Cənub Qaz Dəhlizi vasitəsilə qazımızı alan ölkələrin sayı 12-ə bərabərdir”

Prezidentin tapşırığı ilə Hökumət qarşısında mühüm vəzifələrdən biri də Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının ixrac coğrafiyasının genişləndirilməsidir.

Bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatının təqdimatı zamanı Baş nazir Əli Əsədov bildirib.

Qeyd edilib ki, hazırda bu kəmər vasitəsilə qazımızı alan ölkələrin sayı 12-ə bərabərdir.

Hesabat ili ərzində 29,1 milyon ton neft, 50,6 milyard kubmetr qaz hasil edilmişdir. Neftin 24,4 milyon tonu, qazın isə 25,5 milyard kubmetri ixrac edilib.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər