Bu il yanvarın 1-nə Azərbaycan dünyanın nüfuzlu inkişaf bankları və fondları, həmçinin müxtəlif beynəlxalq maliyyə təşkilatları ilə 217 kredit sazişi imzalayıb.
Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bu sazişlər ölkənin sosial-iqtisadi inkişafı üçün vacib əhəmiyyət kəsb edən sahələr üzrə 174 layihənin maliyyələşdirilməsini təmin edib.
İmzalanmış sazişlərdən 105-nin müddəti başa çatıb, 112-si qüvvədədir.
Hazırda xarici kreditlər hesabına ölkə daxilində 6 layihənin, o cümlədən nəqliyyat sektoru üzrə 2, sosial sektor üzrə 1, ekologiya sektoru üzrə 1, elektrik infrastrukturu sektoru üzrə 1, su təchizatı və meliorasiya sektoru üzrə 1 layihənin həyata keçirilməsi davam etdirilir.