19 C
Baku
Monday, March 17, 2025

Avropa Mərkəzi Bankı Trampın qlobal iqtisadiyyata təsirini COVID pandemiyası ilə müqayisə edib

Avropa Mərkəzi Bankının (ECB) vitse-prezidenti Luis de Guindos “The Sunday Times”a bildirib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının hərəkətləri qlobal iqtisadiyyata COVID pandemiyasından daha çox qeyri-müəyyənlik gətirib.

“Biz görürük ki, ABŞ-nin yeni administrasiyası yurisdiksiyalar arasında əməkdaşlıq və problemlərə münasibətdə ümumi həllər tapmaq üçün o qədər də açıq deyil. Bu, çox mühüm dəyişiklik və böyük qeyri-müəyyənlik mənbəyidir”, – deyə cənab Luis söyləyib.

De Guindos deyib ki, Trampın tarif siyasəti, maliyyə sistemini restrukturizasiya etmək və korporativ vergiləri dəyişdirmək planları bazarlarda qısamüddətli volatilliyə səbəb olur, inflyasiya gözləntilərini və faiz dərəcələrinin trayektoriyasını şübhə altına alır.

“Bloomberg” qeyd edir ki, tariflərin iqtisadi və geosiyasi mübahisələrdə rıçaq kimi istifadəsi bazarlarda “yük” yaradır. Agentlik bildirir ki, S&P 500 ABŞ-də tənəzzül qorxusunu artıraraq fevral ayının zirvəsindən təxminən 10% aşağı düşüb.

Son xəbərlər
Digər xəbərlər