7 C
Baku
Saturday, March 22, 2025

Azərbaycan antiterror reytinqində ən təhlükəsiz ölkələr sırasına yüksəlib

“Global Terrorism Index 2025” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralaması təqdim edilib.

Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara – 1.Burkina Faso (8.581), 2.Pakistan (8.374), 3.Suriya (8.00) daxil edilib.

Qeyd olunan sıralamada İsrail (7.463) 8-ci, Rusiya (6.267) 16-cı, İran (6.056) 18-ci, Türkiyə (3.968) 32-ci, ABŞ (3.517) 34-cü, Fransa (2.712) 40-cı, Niderland (1.402) 60-cı, Norveç (1.198) 66-cı, Finlandiya və Yaponiya (0,949) 72-ci, Danimarka və Ermənistan (0.72) 79-cu, Avstriya və Cənubi Koreya (0.582) 82-ci, Latviya və Litva (0.423) 86-cı yerdə qərarlaşıb.

Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 2024-cü illə müqayisədə (89) bir reytinq də yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər