15 C
Baku
Monday, March 17, 2025

BOKT-nin nizamnamə kapitalı 1 mln. manata qaldırılıb

Bank olmayan kredit təşkilatı “Aset Maliyyə Texnologiyaları” MMC-nin nizamnamə kapitalı kəskin fərqlə artırılıb və tənzimləyicinin minimal tələbinə uyğunlaşdırılıb.

Banker.az xəbər verir ki, bununla da nizamnamə kapitalı 400 000 manatdan 1 000 000 manata qaldırılıb.

Bununla da kapital 600 000 manat və ya 150 faiz artımı deməkdir.

Mərkəzi Bankın son dəyişikliyə əsasən, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Belə ki, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb.

Xatırladaq ki, şirkət 2017-ci ildə təsis edilib və nizamnamə kapitalının 100%-i Elçin Bağırov Hüseyn oğluna məxsusdur.

Son xəbərlər
Digər xəbərlər