20 C
Baku
Tuesday, March 18, 2025

Tramp: Ukrayna üzrə sülh planının çox hissəsi razılaşdırılıb

ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, “Ukrayna ilə bağlı yekun razılaşmanın bir çox elementləri razılaşdırılıb, lakin hələ çox işlər görülməlidir”. Cənab Tramp bu barədə Rusiya prezidenti Vladimir Putinlə martın 18-də baş tutması planlaşdırılan telefon danışığı kontekstində açıqlama verib.

ABŞ dövlət katibi Marko Rubio xatırladıb ki, martın 13-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvada olub və Vladimir Putinlə görüşüb. “Bu, vaxt itkisi deyildi, lakin sabah prezident Putinlə danışdıqdan sonra daha çox məlumat əldə edəcəyik”, – cənab Rubio söyləyib.

Daha əvvəl Vaşinqtondakı Kennedi Mərkəzində çıxış edən Donald Tramp deyib ki, Ukrayna üzrə danışıqlar çox kritik mərhələyə çatıb. O, Rusiya hakimiyyətinin ABŞ-nin təklif etdiyi 30 günlük atəşkəslə razılaşacağına əminliyini ifadə edib. Xatırladaq ki, Ukrayna hakimiyyəti martın 11-də Amerika administrasiyasının təklifi ilə razılaşıb.

Son xəbərlər
Digər xəbərlər