20 C
Baku
Tuesday, March 18, 2025

Amerikalılar getdikcə kredit üçün müraciət etməkdən çəkinir

Amerikalılar kredit rədd cavabı ilə üzləşmə riskinin artdığını görürlər.

Banker.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Nyu-York Federal Ehtiyat Bankı bildirir ki, getdikcə daha çox amerikalı sərt kredit şərtləri səbəbindən kredit üçün müraciət etməkdən çəkinir. Belə borcalanların payı 2013-cü ildən bəri aparılan araşdırmalarda 8.5%-ə çatıb.

Rədd cavabı alma ehtimalı bütün kredit növləri üzrə artıb. Avtokredit üçün müraciət edənlərin üçdə biri və ipotekanı yenidən maliyyələşdirməyə çalışan ev sahiblərinin 40%-dən çoxu rədd cavabı alıb. Bu, 2023-cü ilin oktyabrı ilə müqayisədə dörd dəfə çoxdur.

Əmək bazarının zəifləməsi və yüksək faiz dərəcələri borcların ödənilməsini çətinləşdirir, təcili vəziyyətdə 2000 dollar ayıra bilən istehlakçıların payı isə 63%-ə düşərək minimal səviyyəyə çatıb.

Son xəbərlər
Digər xəbərlər