20 C
Baku
Tuesday, March 18, 2025

Azərbaycan üç illik fasilədən sonra İsveçrəyə xam neft satıb

Azərbaycan təqribən üç illik fasilədən İsveçrəyə xam neft ixrac etməyə başlayıb.

Banker.az-ın rəsmi rəqəmlərə istinadən xəbərinə görə, fevralda 89 697 tonluq xam neft İsveçrəyə satılıb.

Satılmış xam neftin ümumi dəyəri 53.86 milyon ABŞ dolları təşkil edir.

Qeyd edək ki, keçən İsveçrə ümumilikdə 2.587 mln. ton xam neft alıb. Bunun da, əsas hissəsi, yəni 1.411 mln. tonu ABŞ-nin, 955 min tonu Nigeriyanın payına düşüb.

Sonuncu dəfə İsveçrə Azərbaycanda 2022-ci ilin iyulunda xam neft almışdı.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi təkcə fevral ayında Azərbaycanın xaricə 1.318 mln. ton və ya 769.76 mln. dollarlıq xam neft satdığını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər