Bu ilin ilk ayında turizm məqsədi ilə Azərbaycana səfər edənlər ümumilikdə 205 milyon 613.4 min manat xərcləyib.
Banker.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, hesabat dövründə ən çox pul xərcləyən turistlər Rusiya, Hindistan, Türkiyə, Birləşməmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Pakistan və Küveyt vətəndaşları olub.
Tam siyahı:
Rusiya vətəndaşları 48.2 milyon manat
Hindistan vətəndaşları 34.4 milyon manat
Türkiyə vətəndaşları 23.3 milyon manat
Səudiyyə Ərəbistanı vətəndaşları 12.1 milyon manat
BƏƏ vətəndaşları 11,4 milyon manat
Pakistan vətəndaşları 9 milyon manat
Küveyt vətəndaşları isə 7.8 milyon manat