9 C
Baku
Wednesday, April 16, 2025

“Amazon” Çindən gələn malların sifarişlərini ləğv edir

ABŞ prezidenti Donald Trampın idxal rüsumları tətbiq etməsindən sonra “Amazon” Çin və digər Asiya ölkələrindən bir çox sifarişləri ləğv edir. Bu barədə şirkətin sənədlərinə və mənbələrinə istinadən “Bloomberg” yazıb.

“Amazon”un keçmiş təchizat meneceri Skott Miller də bildirib ki, “Amazon” bir neçə müştərisinin Çin və digər Asiya ölkələrində istehsal edilən mallar üçün sifarişləri ləğv edib. Onun sözlərinə görə, şirkət xaricdən böyük miqdarda mal alıb ABŞ-dəkı anbarlarına göndərdiyi “birbaşa idxal sifarişlərini” ləğv edir. “Morgan Stanley” hesab edir ki, “Amazon”un pərakəndə satış bölməsinin xərclərinin təxminən dörddə biri Çindən gəlir.

Son xəbərlər
Digər xəbərlər