21 C
Baku
Thursday, April 24, 2025

Aİ ABŞ-yə qarşı tətbiq etdiyi əks tədbirləri 90 gün müddətinə dayandırır

Avropa İttifaqı ABŞ-yə qarşı tətbiq etdiyi əks tədbirləri 90 gün müddətinə dayandıracağını açıqlayıb, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

“Trampın tarifləri müvəqqəti olaraq dayandırmaq qərarından sonra Aİ ABŞ-yə qarşı əks tədbirləri 90 gün müddətinə dayandırmaq qərarını verib”, – Avropa Komissiyasının açıqlamsında deyilir.

Xatırladaq ki, daha əvvəl Donald Tramp  75-dən çox ölkəyə tariflərin tətbiqini 90 gün təxirə salıb. Bununla yanaşı, Amerika prezidenti Çin mallarına rüsumları 125%-ə qaldırıb. Ağ Ev rəhbəri həmçinin qeyd olunan ölkələrlə qarşılıqlı tariflərin 10%-ə endirilməsini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər