“Apple” şirkəti 2023-cü ildə Hindistanda “iPhone” smartfonlarının istehsalını 60 faiz artırıb.
Bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.
İstehsalın artırılması şirkətin Çindən kənarda istehsal proseslərini şaxələndirmək strategiyası çərçivəsində atılmış addımdır.
Hazırda “Apple” cihazlarının təxminən 20 faizi Hindistanda istehsal olunur, şirkətin bu ölkə bazarındakı payı isə 8 faiz təşkil edir.
Məlumata görə, “iPhone”un bütün modelləri artıq Hindistanda yığılır.