Azərbaycanda milli valyutanın məzənnəsi yaxın müddətli perspektivdə – 6-12 ay ərzində sabit qalacaq.
Bunu Fitch beynəlxalq reytinq agentliyinin maliyyə təşkilatları üzrə analitik qrupunun direktoru Dmitry Vasiliev bildirib.
“Ancaq neftin qiymətlərinin aşağı səviyyədə nə qədər çox qalmasından, hökumətin buna cavabından (neftin ucuz qiymətlərinə cavab olaraq hansı addımlar atılacaq) çox şey asılıdır”, – deyə D.Vasiliev bildirib.
D.Vasiliev bank sektorunun likvidliyinin sabitləşdiyini də qeyd edib.
“Likvidliklə bağlı vəziyyət böyük risk törətmir. Yanvar-fevral aylarında bank sektorundan əmanət axınından sonra likvidlik hazırda məqbul səviyyədədir. Bundan sonra depozitlərin axını gözlənilmir” – deyən D.Vasiliev-in fikrincə, aktivlərin keyfiyyəti pisləşəcək:
“Çünki kreditlərin böyük qismi xarici valyutada ifadə edilib. Milli valyutanın devalvasiyasından sonra insanların borcları ödəmək imkanı pisləşib”.
Trend