19 C
Baku
Thursday, April 24, 2025

Ədliyyə Nazirliyinin rəis müavini vəzifədən azad edildi

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Anar Süleymanov vəzifədən azad edilib.

Ədliyyə Nazirliyindən bildirilib ki, eyni zamanda Notariat idarəsinin rəisi olan A.Süleymanovun öz ərizəsi ilə ədliyyə orqanlarında qulluğuna xitam verilib.

Qeyd edək ki, ötən gün mediada Anar Süleymanovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar yayılmışdı.

Ədliyyə Nazirliyindən bildirilib ki, 14 aprel tarixindən A.Süleymanovun öz ərizəsi ilə ədliyyə orqanlarında qulluğuna xitam verilib: “Onun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar həqiqəti əks etdirmir”

Son xəbərlər
Digər xəbərlər