Kiyev bu ilin mayında defolta düşə bilər, belə ki, ölkə gələn ay ödənilməli olan 2,6 milyard dollarlıq borcun restrukturizasiyası ilə bağlı investorlarla razılığa gələ bilməyib, “Financial Times” yazır.
Qeyd olunur ki, Ukrayna bu məsələnin həllini tapmasa, may ayında ÜDM-ə bağlı olan qiymətli kağızlar üçün 600 milyon dollar ödəməli olacaq.
Qəzetin yazdığına görə, Vaşinqtonda investorlarla danışıqların nəticəsiz qalmasından sonra Ukrayna Maliyyə Nazirliyi “bütün mövcud variantları nəzərdən keçirəcəyini” bəyan edib.
Ukrayna iqtisadiyyatında staqflyasiya əlamətləri müşahidə olunur, bu vəziyyət eyni vaxtda istehsalın azalması və yüksək inflyasiyanın müşahidə olunur. 2024-cü ilin sonunda ÜDM artımı cəmi 2,9% təşkil edib ki, bu da 2023-cü ilin göstəricisinin demək olar ki, yarısıdır. 2024-cü ilin son rübündə 0,1% azalma qeydə alınıb, 2025-ci ilin ilk iki ayında isə artım 1,1%-ə qədər yavaşlayıb.