16 C
Baku
Thursday, April 24, 2025

6 şirkət ləğv edilərək “Aztelekom”a qoşulur

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Az-Evro Tel” Məhdud Məsuliyyətli Cəmiyyəti), Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi , “Azərrabitəlayihə” Məhdud Məsuliyyətli Cəmiyyəti və Sumqayıt Telekommunikasiya Qovşağının ləğv edilərək ona qoşulması nəticəsində yenidən təşkil olunması barədə qərar qəbul edilib.

Banker.az xəbər verir ki, bununla bağlı qanunvericiliyə uyğun olaraq kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 187 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Aztelekom” 1996-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 22 525 383 manatdır və qanuni təmsilçisi Həsən Ömərovdur.

Son xəbərlər
Digər xəbərlər