Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına (DB) borcunu ödəmək niyyətində olduqlarını açıqlayıblar ki, bu da beynəlxalq təşkilatın ölkəyə dəstəyini bərpa etməsinə kömək edə bilər. Qərar Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə Vaşinqtonda keçirilən görüşlər zamanı qəbul edilib, iki ölkənin maliyyə nazirləri bildiriblər. Borcun məbləği təxminən 15 milyon dollardır.
Suriya Xarici İşlər Nazirliyi bu addıma görə ölkələrə təşəkkür edərək, bunun 500 min insanın həyatına son qoyan və geniş dağıntılara səbəb olan 14 illik münaqişədən sonra “yenidənqurma sahəsində əməkdaşlığın aktivləşdirilməsinə yol açdığını” qeyd edib. BMT-nin hesablamalarına görə, 2017-ci ildə Suriyanın bərpası üçün ən azı 250 milyard dollar lazım idi. İndi isə analitiklərin fikrincə, bu rəqəm 400 milyard dollara çata bilər.
Səudiyyə Ərəbistanı və Qətərin birgə bəyanatında vurğulanıb ki, borcun ödənilməsi Dünya Bankına Suriyada 14 ildən artıqdır ki, dondurulmuş layihələri bərpa etməyə imkan verəcək. Bu, həm də ölkəyə yaxın gələcəkdə Dünya Bankından iqtisadiyyatın “həyati vacib sektorları” üçün maliyyə vəsaiti almağa imkan verəcək.