9 C
Baku
Thursday, December 12, 2024

Neftin qiymətində ciddi dönüş gözlənilir

Bank of America hesab edir ki, əgər neft ixracatçıları bazar günündən hasilatın dondurulması haqqında razılığa gələ bilsə, neftin qiyməti 50 dollara çata bilər. “OPEC və Rusiyanın sabit neft hasilatı 3-cü kvartalda neft bazarında  çatışmazlığa gətirib çıxaracaq”. Bunu tanınmış maliyyə agentliyi Bloomberg məlumat verib.

Bundan sonra neftin dəyəri hansısa razılaşma variantından asılı olmayaraq artacaq. Analitiklər qeyd edir ki, əgər ixracatçı ölkələr heç bir razılığa gəlməsələr, neftin qiymətinin bir bareli 40 dollara enəcək. Səudiyyə Ərəbistanı da İranın bazara qayıtmasına cavab olaraq neft hasilatını daha da artıra bilər. Belə olan halda neftin qiymətinin bir barelinin 30 dollara qədər enmə riski var.

OPEK-ə üzv olan ölkələr
OPEK-ə üzv olan ölkələr

Səudiyyə Ərəbistanı kralının oğlu bir müddət əvvəl bəyan edib ki, onun ölkəsi İran da razılaşmalara qoşulacağı halda hasilatı dondurmaq məsələsinə baxa bilər. İran tərəfi isə dəfələrlə bəyan edib ki, ölkənin əsəs məqsədi neft istehsalını artırmaqdır ki, bununla da İran sanksiyalar dövründə itirdiklərini kompensasiya edə bilsin.

Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela fevralın 16-da Dohada keçirilən görüşdə neft hasilatının həcmini 2016-ci ilin yanvarındakı səviyyədə dondurmaq qərarına gəlib. OPEC-ə üzv ölkələr və neft ixrac edən ölkələrin nümayəndələrinin növbəti görüşü Qətərin paytaxtı Dohada 17 apreldə keçiriləcək.

Azərbaycan OPEC-in neft hasilatını artırmamaq təklifinə qoşulmağı planlaşdırır. Bu barədə  “Ria Novosti” agentliyi öz mənbələrinə istinadla xəbər verir.  Mənbə bildirib ki, Azərbaycan da OPEC-in 17 apreldə Dohada keçiriləcək  iclasında iştirak edəcək.

“Azərbaycan iclasda OPEK ölkələrinin  təşəbbüsünə dəstək verməyi  planlaşdırır”, – deyə mənbə bildirib.

ANS-Press

Son xəbərlər
Digər xəbərlər