23 C
Baku
Saturday, June 7, 2025

İri neft şirkətləri mənfəətin azalması səbəbindən pandemiyadan bəri ən pis ilə hazırlaşır

Bu il dünya neft nəhəngləri tarixlərinin ən çətin dövrlərindən birinə hazırlaşır. Neft qiymətlərinin aşağı düşməsi korporativ mənfəətə zərbə vurur və qazanc mövsümü ərəfəsində azaldır.

Bildirilir ki, şeş ən böyük Qərb neft şirkəti olan “ExxonMobil”, “Shell”, “TotalEnergies”, “Chevron” və BP-nin düzəliş edilmiş xalis mənfəəti 2022-ci ildən 2024-cü ilə qədər təxminən 90 milyard dollar azalıb.

Son həftələrdə OPEC-in tədarükünün və ABŞ prezidenti Donald Trampın dövründə ticarət gərginliyinin artması investorlar arasında şübhələri artırdığı üçün sənayeyə təzyiq yüksəlib. “Brent” markalı neft bu ay qısa müddətə bir barel üçün 60 dollardan aşağı düşüb və bəzi analitiklər qiymətlərin 2025-ci ilin ikinci yarısında keçən ilki orta hesabla 81 dollardan beşdə birdən çox düşəcəyini proqnozlaşdırırlar.

Analitiklərin fikrincə, səhmdarları hansı böyük şirkətlərin son illərdə olduğu kimi daha yüksək dividendləri və səhmlərin geri alınmasını dəstəkləmək üçün xərc intizamını və kifayət qədər güclü balans hesabatını qoruya biləcəyini maraqlandırır.

İtaliyanın “Eni” şirkəti keçən cümə axşamı açıqlanan birinci rübün nəticələri bu haqda düşünməyə vadar edir. “Eni” bu il xərclərini ən azı 500 milyon dollar azaltmağı vəd edib və onun nağd pul axınının 2 milyard dollar və ya 15% aşağı olacağını bildirib.

BP çərşənbə axşamı, “Total” çərşənbə, “Shell”, “ExxonMobil” və “Chevron” isə cümə günü hesabatını təqdim etməlidir.

Əksər analitiklər şirkətlərin rüb üçün zəif nəticələr göstərəcəyini gözləyirlər. Amma neftin qiymətinin ən kəskin azalması hesabat dövrünün bitməsindən sonra baş verib, ona görə də investorları ən çox şirkətlərin hansı proqnozlar təklif edəcəyi maraqlandırır.

Böyük şirkətlərdən başqa, kiçik şist qazı istehsalçıları və neft sənayesi xidmətləri göstərən şirkətlər də qiymətlərin aşağı qalacağı təqdirdə daha sərt şərtlərlə bağlı xəbərdarlıq edir. Keçən həftə Qərbin ən böyük neft-mədən xidmətləri şirkətlərindən üçü – “Baker Hughes”, “Halliburton” və SLB” – pisləşən perspektivlərdən narahatlığını bildirib.

Son xəbərlər
Digər xəbərlər