14 C
Baku
Wednesday, April 30, 2025

“General Motors” Trampın tariflərinə görə $4 milyardlıq səhmlərin geri alınmasını dondurub

Amerika avtomobil istehsalçısı “General Motors” 2025-ci il üçün mənfəət proqnozundan imtina edib və ABŞ prezidenti Donald Trampın idxal tarifləri səbəbindən 4 milyard dollarlıq səhmlərin geri alınması proqramını dayandırıb.

Şirkətin baş maliyyə direktoru Paul Ceykobson bildirib ki, şirkətin cari il üçün ilkin maliyyə proqnozu tariflərin təsirini əhatə etməyib və artıq etibarsız hesab olunur. Onun sözlərinə görə, “GM” tariflər haqqında daha çox məlumat əldə etdikdən sonra proqnozunu yeniləyəcək.

Xatırladaq ki, daha əvvəl Tramp administrasiyası mayın 3-dən etibarən ABŞ-dən avtomobil idxalına 25% rüsum tətbiq edəcəyini açıqlayıb.

“Bloomberg” qeyd edir ki, aprelin əvvəlində Tramp avtomobil şirkətlərinə kömək etmək variantlarını nəzərdən keçirdiyini və aprelin 29-da Amerika avtomobil sənayesinin ürəyi olan Miçiqan ştatına səfər edəcəyini bildirib.

“General Motors”un səhmləri dünən Bakı vaxtı ilə saat 17:41-də 2% ucuzlaşaraq 46,3 dollara düşüb. “Bloomberg” qeyd edir ki, aprelin 28-də ticarətin bağlanışı ilə qiymətli kağızlar ilin əvvəlindən bəri təxminən 11% dəyər itirib.

Fevral ayında “General Motors” 6 milyard dollarlıq səhmlərin geri alınması proqramını elan edib. Proqram birinci mərhələdə ikinci rübün sonuna qədər 2 milyard dollarlıq səhmlərin geri alınmasını nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər