Bir zamanlar Azərbaycanda tez-tez rast gəlinən “VAZ” avtomobil modelləri yavaş-yavaş tarixə çevrilir.
Banker.az xəbər verir ki, Azərbaycanda son illər avtopark statistikası bir çox modellər üçün geri sayımın başladığını göstərir. Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən, ən çox say azalan modellər sırasında Sovet dövrünün simvollarından olan Vaz-2101, 03-06 modelləri ön sıradadır. Ölkədə “Mercedes-Benz”dən sonra ikinci ən populyar marka olan “VAZ”ların sayı keçən il 241 ədəd azalıb.
Eyni aqibəti “GAZ 31” markası (130 ədəd azalma), “VAZ” 2105 və 2107 markası (73 ədəd azalma), “GAZ 24” markası (71 ədəd azalma) və “Moskviç” markası (37 ədəd azalma) kimi adlar da yaşayır.
Avto-parkdan tədricən çəkilən digər modellərə “Zaporojets”, “Tofaş”, “Daewoo”, “Tavriya” və “Oka” da daxildir. Hətta bazara yaxın ilərdə gətirlənLondon TX taksilərinin də sayı azalıb.
Ən çox azalan modellərlə yanaşı, avtoparkda sürətlə artan markalar da var. 2024-cü ildə ən çox artım Hyundai markasında qeydə alınıb – 20 223 ədəd. Onu KIA (17 123), Toyota (9 664), BMW (5 252) və Mercedes (4 019) izləyir.
TAM SİYAHI BELƏDİR: