15 C
Baku
Saturday, May 3, 2025

“Kapital Bank” marketpleys “Umico”ya investisiya həcmlərini artırıb

“Kapital Bank” 2025-ci ilin yanvar ayında törəmə şirkətlərindən biri olan “Competo” MMC-yə (Umico) 10.5 milyon manat məbləğində əlavə investisiya edib və bank rəhbərliyinin bu layihədən böyük gözləntisi var.

Banker.az xəbər verir ki, bu investisiya “Kapital Bank”ın texnologiya və elektron kommersiya sahəsindəki iştirakını genişləndirmək strategiyası çərçivəsində həyata keçirilib.

Banker.az-ın hesablamalarına görə, 2025-ci ilin əvvəlindən isə bu layihənin nizamnamə kapitalı 132.54 mln. manata qaldırılıb. Ümumilikdə ilk 4 ayda bu şirkətə 18.93 mln. manat qoyulub. 2024-cü ildə “Competo”ya yatırımların həcmi 51.23 mln. manat olub.

“Competo” MMC Azərbaycanda “Umico” adlı marketpleysin operatorudur.

Bank rəhbərliyinin əvvəlki açıqlamalarına görə, bu cür iri həcmli sərmayələr uzunmüddətli gəlir və rəqəmsal iqtisadiyyata dəstək məqsədi daşıyır. Onlar, həmçinin bu tip investisiyaların yalnız maliyyə deyil, sosial baxımdan da vacib olduğunu hesab edirlər. Bu şirkətə yatırımlar törəmə BOKT “Birkart” ilə həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər