24 C
Baku
Monday, May 5, 2025

Honkonq rekord məbləğdə ABŞ dolları alıb

Honkonq Valyuta Təşkilatı (HKMA) milli valyutanın bahalaşmasının qarşısını almaq üçün 46.5 milyard Honkonq dolları (6 milyard ABŞ dolları) intervensiya edib. Bu tədbir Honkonq dollarının ABŞ dollarına nisbətini müəyyən edilmiş 7.75-7.85 HKD/USD diapazonunda saxlamağa yönəlib.

İntervensiya Honkonq dollarının məzənnəsi məqbul diapazonun yuxarı həddinə yaxınlaşdıqdan sonra həyata keçirilib. “Bloomberg”in məlumatına görə, Asiya valyutalarının möhkəmlənməsi Çin Ticarət Nazirliyinin ABŞ ilə ticarət danışıqlarını bərpa etmək imkanını nəzərdən keçirdiyi barədə bəyanatı fonunda baş verib. Agentlik yazır ki, bu, iki ölkə arasında ticarət qarşıdurmasının kəskinləşməsindən sonra potensial dialoqun ilk siqnalıdır.

Son xəbərlər
Digər xəbərlər