24 C
Baku
Monday, May 5, 2025

Metro ilə daşınmadan keçən il 100 mln. manat üzərində gəlir əldə edilib

2024-cü ildə Bakıda metro ilə 229.58 milyon sərnişin daşınmaqla illik 4.6 faiz illik artıma nail olunub.

Banker.az xəbər verir ki, bu da öz növbəsində gəlirlərin artmasına səbəb olub.

Bakıda yeganə metro operatoru olan “Bakı Metropoliteni” QSC 100.44 milyon manat gəlir əldə edilib.

Keçən ilin eyni dövründə metropolitenin bu istiqamətdə gəlirləri 83.48 milyon manat olmuşdu ki, bu da illik müqayisədəcari ildən 4.7% artımdır.

Azərbaycanda metro ilə gedişlərin qiymətləri dövlət tərəfindən tənzimlənir və 2024-cü il iyul ayının 1-dən bir gediş üçün 50 qəpikdir. Buna qədər isə 40 qəpiklə hesabanırdı.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC 2021-ci ildən bu tərəfə rəsmi internet səhisəsində illik audit hesabatlarını dərc etmir. 1 yanvar 2022-ci il tarixinə dövlət şirkətinin balansında 565 milyon manat həcmində illərin yığılmış zərəri vardı.

Son xəbərlər
Digər xəbərlər