21 C
Baku
Tuesday, May 6, 2025

“Bloomberg”: Səudiyyə Ərəbistanı iyun ayında Asiya üçün neft qiymətlərini artıracaq

Dövlətə məxsus “Saudi Aramco” Asiyadan olan alıcılar üçün bütün növ neftin qiymətini qaldıracaq. Bu barədə “Bloomberg” iyun qiymət siyahısına istinadən yazır. Yeni tarifə əsasən, neftin bir barelinin qiyməti 20% baha olacaq. Qərar OPEC+ sazişi çərçivəsində xammal istehsalında gözlənilən sıçrayışdan asılı olmayaraq qəbul edilib.

Asiya üçün “Arab Light” markalı xam neftin qiyməti 0.2 dollar/barel artacaq. OPEC+ görüşündən əvvəl sorğuda iştirak edən neft emalı zavodları və treyderlər bir barel üçün 0.30 dollar artım gözləyirdilər. “Bloomberg” qeyd edir ki, “Saudi Aramco” digər regionlar, o cümlədən Avropa və ABŞ üçün bütün növ neft qiymətlərinə yenidən baxıb. ABŞ üçün qiymətlər 0.2 dollar/barel, Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələrindən olan alıcılar üçün 1.1 dollar/barel azalacaq.

Apreldə OPEC+ iştirakçıları mayın 1-dən neft hasilatını sutkada 411 min barel artırmaq barədə razılığa gəliblər. Bu, hasilatı bərpa etmək üçün ilkin üç aylıq plana uyğundur.

Son xəbərlər
Digər xəbərlər