19 C
Baku
Tuesday, May 6, 2025

Şirkətlər avtomobillə yükdaşımadan 1 mlrd., sərnişindaşımadan 1.2 mlrd. manat gəlir əldə ediblər

2024-cü ilin ildə Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarından əldə olunan gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım nümayiş etdirib.

Banker.az Dövlət Statistika Komitəsinə isinadən xəbər verir ki, yük daşınmasından əldə olunan gəlir 1 milyard 11.2 milyon manat təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 20% artıb. Sərnişin daşımalarından əldə olunan gəlir isə 1 milyard 213 milyon manata yüksəlib ki, bu da əvvəlki ilə nisbətən 10.1% çoxdur.

Sərnişin daşımalarında da artım dinamikası müşahidə olunub. 2024-cü ildə avtomobil nəqliyyatı ilə 1 milyard 846 milyon sərnişin daşınıb ki, bu göstərici ötən illə müqayisədə 9% artım deməkdir. Sərnişin daşımalarının böyük hissəsi – 1 milyard 755 milyon nəfəri avtobus nəqliyyatı təşkil edib və bu sahədə 9.7%-lik artım qeydə alınıb.

Fərdi sahibkarlar tərəfindən göstərilən avtobus xidmətlərində də müsbət dinamika müşahidə olunub – onlar tərəfindən 707.3 min sərnişin daşınıb, bu da 9.0% artım deməkdir. Eyni zamanda, taksi nəqliyyatında sərnişin sayı azalıb – 90.8 min sərnişin daşınıb ki, bu, ötən ilin göstəricisindən 3.5% azdır. Fərdi sahibkarların taksi xidmətlərində iştirakı da 4.7% azalıb.

Ümumilikdə sərnişin dövriyyəsi 28.4 milyard sərnişin-km təşkil edib və bu göstərici ötən ilin eyni dövrünə nisbətən 10.8% artıb. Bu dövriyyənin böyük hissəsi – 26.7 milyard sərnişin-km – avtobus nəqliyyatının payına düşüb.

Son xəbərlər
Digər xəbərlər