15 C
Baku
Tuesday, May 6, 2025

ABŞ könüllü təslim olan qanunsuz miqrantlara 1000 dollar mükafat təklif edir

ABŞ hökuməti ölkəki qanunsuz miqrantlara ABŞ-ni tərk etmək qərarına gələcəkləri təqdirdə 1000 dollar pul mükafatı və pulsuz bilet təklif edib.

Bu barədə BBC ABŞ-nin Daxili Təhlikəsizlik Xidmətinin rəhbəri Kristi Noemə istinadən məlumat yayıb.

“Bu, deportasiya edilmədən, həbs olunmadan Birləşmiş Ştatlar ərazisini tərk etməyin ən yaxşı, ən təhlükəsiz və ən qənaətcil yoludur”, – deyə Kristi Noem bildirib.

Təklifin başqa üstünlüklərindən biri odur ki, könüllü şəkildə təslim olan və ölkəni tərk edən qanunsuz miqrantların gələcəkdə ABŞ-yə qanuni yolla qayıdışı prosesi asanlaşdırıla bilər.

DTX bildirir ki, artıq ilk “qanunsuz miqrant” bu təklifi qəbul edib və mükafat və aviabiletlə təmin olunaraq Çikaqodan Hondurasa qayıdıb.

Son xəbərlər
Digər xəbərlər