Azərbaycanda mobil telefon rabitəsindən 190 milyon manata yaxın gəlir əldə edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-mart ayları ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 372,8 milyon manatlıq xidmət göstərib. Onun da 71,6 faizi əhali sektoruna aid olub.
2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 8,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə olunmuş gəlirlərin 50,8 faizi və ya 189,3 milyon manatı mobil telefon rabitəsindən yaranıb.
Len.az