19 C
Baku
Thursday, May 8, 2025

“Walt Disney” Əbu-Dabidə əyləncə parki tikəcək

“Walt Disney” Əbu-Dabidə əyləncə parkı tikəcək və bu, dünyada yeddinci belə park olacaq. Bu barədə şirkət bu gün cari maliyyə ilinin ikinci rübünün nəticələrinin təqdimatı zamanı bildirib.

Park “Disney” mühəndisləri tərəfindən Əbu-Dabidəki süni Yas adasında tikiləcək. Qeyd edək ki, Yas adasında artıq “Warner Bros” və “Ferrari World” əyləncə parkları, su parkları və digər əyləncə məkanları, həmçinin qolf meydançaları və onlarla hotel var.

“Walt Disney”in ikinci rübün nəticələri Uoll-Strit analitiklərinin gözləntilərini üstələyib. Gəlir 7% artaraq 23.62 milyard dollara, əməliyyat mənfəəti 15% artaraq 4.4 milyard dollara, səhm üzrə mənfəət isə 20% artaraq 1.45 milyard dollara çatıb. Şirkətin səhmləri rübün nəticələrinə 9% artımla cavab verib.

Son xəbərlər
Digər xəbərlər