Qətərin Baş naziri Mohammed bin Abdulrahman bin Cassim Əl Tani “CNN”ə bildirib ki, krallıq ABŞ prezidenti Donald Trampa “Boeing 747-8” hədiyyə etməyi planlaşdırmır. Onun sözlərinə görə, bu, rəsmi razılaşmadır.
Baş nazir qeyd edib ki, təyyarənin təhvil verilməsi təklifi “qanunsuz” hesab edilərsə, geri götürüləcək.
Bundan əvvəl “ABC News” telekanalı mənbələrə istinadən məlumat vermişdi ki, ABŞ administrasiyası təxminən 400 milyon dollar dəyərində “uçan saray” adlanan təyyarəni qəbul etməyə hazırlaşır. Bildirilib ki, cənab Tramp vəzifəsini tərk edənə qədər hədiyyəni öz təyyarəsi kimi istifadə edə biləcək. Bundan sonra təyyarə prezident kitabxanasının fonduna təhvil veriləcək.







