15.4 C
Baku
Friday, May 16, 2025

Rubio: Putin-Tramp görüşü Ukraynadakı münaqişənin həlli üçün yeganə şansdır

ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş Ukrayna məsələsinin nizamlanması üçün yeganə şansdır. Lakin onun sözlərinə görə, görüşün vaxtı və yeri hələ müəyyən edilməyib.

“Hələ bir tarix və ya vaxt yoxdur, lakin bu, həqiqətən yeganə şansdır. Düşünürəm ki, bir çox ölkə bu fikri dəstəkləyəcək”, – cənab Rubio bildirib.

Bundan əvvəl Donald Tramp Vladimir Putinin İstanbula gələcəyi təqdirdə danışıqlar üçün İstanbula səfər etmək niyyətində olduğunu deyib. Mayın 15-də o, BƏƏ-yə səfərindən sonra Vaşinqtona gedəcəyini bildirib. Tramp əlavə edib ki, o, Rusiya prezidenti ilə görüşməyənə qədər Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı heç nə dəyişməyəcək.

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar bu gün, mayın 16-sına planlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər