30 iyun 2025-ci il saat 11.00-da Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 65 nömrəli ünvanda “Azərkabel” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, növbəti ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Azərkabel” ASC-nin müşahidə şurasının və icra orqanının üzvlərinin yenidən seçilməsi. 2. “Azərkabel” ASC-nin 2024-cü il üzrə illik maliyyə hesabatının müzakirəsi. 3. “Azərkabel” ASC-nin borclarının ödənilməsi yolları, ödəniş qabiliyyətinin bərpası və ya ləğvi məsələsi. 4. Müşahidə Şürasının Əsasnaməsinə əlavə və dəyişiklərin edilməsi. 5. Digər məsələlərin həlli.
Yığıncaqda iştirak edən səhmdarlar qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqələri ilə (nümayəndələr səlahiyyətlərini təsdiq edən sənədlə) birlikdə iclas günü saat 9.00-dan 10.30-a qədər qeydiyyat masasına müraciət etməlidirlər.
Şirkət 2001-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 868 904 manatdır.
“Azərkabel” ASC Mingəçevir şəhəri H.Əliyev pr.65 ünvanında yerləşir. Qeyri dövlət müəssisəsidir. İstehsal profili – Kabel istehsalıdır.